Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:20

Tacikistanda hökumətlə silahlılar razılaşıb


İyulun 27-də Tacikistanın şərqindən rəsmilər məlumat verirlər ki, yaraqlı qruplarla zorakılığın dayandırılması barədə razılıq əldə ediblər. Bu həftənin əvvəlindən başlayan atışmalarda 70-ə yaxın adam həlak olmuşdu.

Rəsmilərin verdikləri məlumata görə silahlı qrupun üzvləri silahı yerə qoymağa razılaşıblar. Amma iyulun 21-də təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabitinin ölümündə günahlandırılan dörd nəfərin təslim edilməsi istiqamətində hələlik müzakirələr davam edir.

Bu hadisədən sonra hökumət regiona qoşun yeritmiş və yaraqlı qrupla qarşıdurma yaranmışdı. Hökumət həlak olanlardan 12 nəfərinin əsgər, 30-nun mülki sakinlər, 30-a yaxının isə yaraqlılar olduğunu bildirir. Amma bu yaraqlıların konkret hansı qrup olduğu hələlik məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG