Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

Gürcü müxalifətçinin bank hesabı dondurulub


Gürcüstan hakimiyyəti müxalif siyasətçi və sabiq futbol ulduzu Kaxa Kaladzenin bank hesablarını dondurub.

Onun vəkili Şalva Tadumadze deyib ki, bu dondurulma pul yuyulması ilə əlaqədar aparılan istintaq əməliyyatının bir hissəsidir.

Kaladze indiyə qədər bu kimi hallarda ittiham edilməyib.

Müxalifətdə olan “Gürcüstan arzusu” koalisiyasının sözçüsü Maya Panjikidze bildirib ki, bu addımla Kaladzeyə qarşı siyasi zərbə endirməyə çalışırlar.

İtaliyanın “Milan” klubunun 34 yaşlı gürcü müdafiəçisi Kaxa Kaladze oktyabrda keçiriləcək parlament seçkisində milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcüstan arzusu” koalisiyasının namizədi kimi iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG