Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

Qətldə şübhəli sərhədçi psixi cəhətdən sağlamdır


Həkimlər 14 yoldaşını və meşəbəyini qətlə yetirməkdə şübhəli bilinən Qazaxıstan sərhəd mühafizəçisi Vladislav Çelaxın ağlı başında olduğunu təsdiqləyiblər.

Çelaxın vəkili iyulun 27-də müdafiə etdiyi şəxsin psixoloji durumuyla bağlı müayinəsinin nəticəsini açıqlayıb.

Çelax televiziya vasitəsilə 15 nəfəri öldürməsinə dair ifadələrini sonradan təkzib edib.

Bu ilin may ayının sonunda Qazaxıstanın “Arkankerqen” hərbi məntəqəsində 15 sərhədçinin xidmət etdiyi zastavada 14 əsgərin və bir gözətçinin cəsədlərinin yanmış qalıqları aşkar edilib. Bir neçə gün sonra sağ qalan 15-ci sərhədçi Valdislav Çelax saxlanıb. Istintaqın gəldiyi qənaətə görə o, əsgər yoldaşlarını öldürdükdən sonra zastavanı yandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG