Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

Suriyalı deputat Türkiyəyə qaçıb


Suriyanın Aleppo əyalətindən seçilmiş deputatı İxlas əl-Bədəvi Türkiyəyə qaçdığı barasində məlumat yayıb.

O, “Sky News Arabia” televiziyasına bildirib ki, Bəşər Əsəd rejiminin “minimum hüquqlarını tələb edən xalqına qarşı repressiyaları və amansız işgəncələrinə görə” ölkədən qaçmaq qərarına gəlib.

Əl-Bədəvinin may ayında seçilmiş məclisin ilk üzvü olduğu bildirilir.

Deputatın bu açıqlaması Suriya qoşunlarının Əsəd rejiminə qarşı müqavimət göstərənlərin qarşısını almaq üçün ölkənin ən böyük şəhəri və ticarət paytaxtı Alepponun ətrafına toplaşdığı ərəfəyə təsadüf edir.
XS
SM
MD
LG