Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:56
-
İngiltərə futbol yığmasının keçmiş məşqçisi Fabio Capello Rusiya Futbol İttifaqı ilə 2 illik müqavilə imzalayıb. O, Rusiya milli komandasını 2012-ci ildə Braziliyada keçiriləcək Dünya Çempionatına hazırlamalıdır.

Bu məlumatı F.Capello özü iyulun 26-da Moskvada verib.

F.Capello bu postda keçən ay Rusiya yığmasının Avropa Çempionatında uğursuz çıxışından sonra istefa vermiş Dick Advocaat'ı əvəz edir.

Son 4 ildə İngiltərə yığmasının məşqçisi olan F.Capello bu ilin fevralından işsiz idi. Həmin ay o, İngiltərə Futbol Assosiasiyasının yığmaya müdaxilələri olduğunu deyərək istefa vermişdi.

66 yaşlı F.Capello «Real Madrid», «Milan», «Roma», «Juventus» klublarının da baş məşqçisi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG