Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:35

Capello Rusiya yığmasının məşqçisi oldu



İngiltərə futbol yığımasının keçmiş məşqçisi Fabio Capello Rusiya Futbol Birliyi ilə iki illik müqavilə imzalayıb. O, Rusiya milli komandasını 2012-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatına hazırlamalıdır.

Bu məlumatı Capello özü iyulun 26-da Moskvada verib.

Fabio Capello keçən ay Avropa Çempionatında pis nəticələrə görə istefa vermiş Rusiya yığmasının məşqçisi Dick Advocaat`ı əvəz edir.

Son 4 ildə İngiltərə yığmasının məşqçisi olan Capello bu ilin fevralından işsiz idi. Həmin ay o da İngiltərə Futbol Assosiasiyasının milli yığmaya müdaxilələri olduğunu deyərək istefa vermişdi.

66 yaşlı Fabio Capello Real Madrid, Milan, Roma, Yuventus komandalarının da məşqçisi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG