Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

Yaşlı mədəniyyət xadimləri təqaüdə göndərildi


Cənnət Səlimova

Cənnət Səlimova

-
Yaş senzi ilə əlaqədar bir neçə mədəniyyət xadimi təqaüdə göndərilib.

Bunlar «Qaya» qrupunun rəhbəri Rauf Babayev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, xalq artisti Cənnət Səlimova, Dövlət Muğam Teatrının direktoru Arif Qazıyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin baş dirijoru, xalq artisti Rauf Abdullayev, Uşaq Dövlət Filarmoniyasının rəhbəri Fərəh Şəkinskayadır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev həmin mədəniyyət xadimlərinə layiqli işlərinə görə təşəkkür edib. Onların hər birinə 500 manat mükafat veriləcək.

APA-ya açıqlamasında Muğam Teatrının direktoru Arif Qazıyev deyib ki, o, teatrda bədii rəhbər vəzifəsini icra edəcək və bu, onu qane edir:

«Artıq 24 ildir bu teatrda direktor vəzifəsindəyəm. Yaş da o yaş deyil ki, hər şeyin arxasınca qaçım. Bu, vaxtında atılmış addım idi. Amma mən teatrdan ayrılmayacağam, bu qurumda bədii rəhbər vəzifəsində olacağam»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG