Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Nuranə Nur. Bu saatlarda...


-
Bu saatlarda...

Baxışların əl -ələ verib keçir xatirimdən
özün harda olsan da qoxun gəlir mənə.
Bilirəm necəsən bu saatlarda,
Bizə qaçırsan hamıdan…
Bilirəm cox uzaqlara baxırsan
Məndən sənə uzanan yol qədər uzağa…
Gəmisini xilas edən kapitan kimi qururlanırsan
Qavraya bildiyin qədər xoşbəxt olursan,
Xatirələrin xəyallar doğur bu saatlarda…
Küləklər ağacları razi salır
Yarpaqlarını sən tərəfə üfürsün deyə.
Bir bulud tələsir sənə sarı
Iki kəlmə söz gətirir üstünə yağmağa
və Günəş kölgəni aparmağa
bu saatlarda…
Yaşadığın hər şey üzünə yazılır
Sonra məni gətirir bir xəyal
Silirəm üzünü …
təmizlənmir.
Bəlkə sabah yenə gəldim
bu saatlarda…

Günün bütün mövzuları

XS
SM
MD
LG