Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

Suriya ordusu onlarla tankla Hələb şəhərinə girir


Hələbin şimalında mövqe tutan müxalifət döyüşçüləri, 24 iyul 2012

Hələbin şimalında mövqe tutan müxalifət döyüşçüləri, 24 iyul 2012


Suriyadan gələn xəbərlərə görə hökumət qüvvələri onlarla tankın iştirakı ilə Hələb şəhərinə daxil olub. Müxalifət qüvvələrinin güclü olduğu bu şəhər ötən həftənin şənbə günündən atəş altında idi. Şahidlər prezident Bashar al-Assad rejiminin şəhərə tam nəzarət üçün küçə döyüşlərinə hazırlaşdıqlarını bildirirlər.

BMT-nin qaçqınların işləri üzrə agentliyi bildirir ki, ötən gecə boyu ölkənin müxtəlif bölgələrindən Türkiyə sərhədlərinə doğru çox sayda qaçqın axışır.

Türkiyə rəsmiləri də bildiriblər ki, təhlükəsizlik məqsədilə Suriya ilə sərhəd qapıları bağlı olsa da qaçqınlara müvəqqəti sığınacaq verilir.

Eyni zamanda Rusiya iyulun 25-də bildirib ki, Suriya rejiminin kimyəvi silahdan istifadə olunacağı barədə təhdidləri qəbuledilməzdir. Bazar ertəsi Suriya rəsmiləri bildiriblər ki, rejimin nəzarətində olan kimyəvi silahdan öz vətəndaşlarına qarşı istifadə olunmyacaq, amma məsələyə xaricdən müdaxilə olarsa, həmin silah da işlədilə bilər.

ABŞ və Avropa Birliyi ölkələri dinc əhaliyə qarşı zorakılığa görə BMT-nin Suriya rejiminə qarşı daha sərt addımlar atmasına çalışırlar, amma Rusiya və Çin buna imkan vermir. Suriya üzrə insan haqları təşkilatları son iki ilə yaxın müddətdə Suriyada müxalifətlə hökumət qüvvələri toqquşmalarda 20 min nəfərə yaxın adamın həlak olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG