Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:51

İran ABŞ əks-kiber hücumla hədələyir



İranın İSNA agentliyi adını çəkmədiyi Tehran rəsmisinə istinadla bildirir ki, Vaşinqton bu ölkəyə qarşı kiber hücumlarını davam etdirir. Rəsmi ABŞ-ı “öldürücü əks-hücumla” hədələyir.

Keçən ay İran rəsmiləri ABŞ, İsrail və Britaniyadan kütləvi kiber-hücum gözlədiklərini bildiriblər. Onlar iddia edirlər ki, Tehran danışıqlarda özünün nüvə proqramını dayandırmaqdan imtina etdiyindən belə kiber-hücumlar mümkündür.
2010-cu ildə də İran Qərbi onun nüvə proqramlarında istifadə olunan kompyuterləri viruslarla sıradan çıxarmaq cəhdində ittiham edib.

Qərb İranın nüvə proqramının silah yaratmaq məqsədi daşıdığını deyir, Tehran isə israrla bu planının yalnız dinc məqsədli olduğunu bildirir. Amma beynəlxalq ekspertləri də hələlik özünün nüvə obyektlərinə buraxmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG