Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:48

Harada işləməli?


Foto: Arxiv
Foto: Arxiv
-
Qazax rayon sakini Kəmalə Əfəndiyeva «Qaynar xətt»ə şikayət edib ki, uzun illərdir özünə iş tapa bilmir. Qazax rayon Mərkəzi Xəstəxanasına sanitar işçisi kimi işə qəbul üçün müraciət etsə də, baş həkim onu işə götürmür. Ancaq Kəmalə Əfəndiyeva iddia edir ki, xəstəxanada boş iş yerləri var:

Kəmalə Əfəndiyeva:

«Özüm araşdırmışam ki, sanitar işçilərinə ehtiyac var. Ora gedəndə işçilər qeyri-rəsmi deyirlər ki, «sanitarka»ya ehtiyac var. Bir müddət əvvəl orda geniş ixtisar olub, xeyli yaşlı işçi təqaüdə göndərilib. Ancaq baş həkimə yaxınlaşanda, deyir mənə işçi lazım deyil. Daha doğrusu, deyir, get diplom gətir, tibb bacısı kimi işə götürüm. Yaxşı bilir ki, məndə belə diplom yoxdur».

Kəmalə Əfəndiyevanın fikrincə, işə düzəlmək rüşvətlədir və onu rüşvət vermədiyinə görə işə götürmürlər.

«İŞ YERLƏRİMİZ OLSAYDI, ADAMLARI İŞDƏN ÇIXARMAZIQ Kİ»

Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kabı Məmmədov isə Kəmalə Əfəndiyevaya iş tapılmamasının səbəbini belə izah edir:

«Bir qədər əvvəl xəstəxanamızda islahatlar getdi, böyük ixtisar oldu. Xeyli işçi yarımştata keçirildi, xeyli işçi işdən çıxarıldı. İş yerlərimiz olsaydı, adamları işdən çıxarmazıq ki. İndi nə qədər adam yarımştat işləyir, mən o xanımı işə götürsəm, başqaları deməz ki, məni yarımştata keçirib əlavə işçi niyə götürürsən?».

Baş həkim bildirib ki, xəstəxanada həkimlərə və tibb bacılarına ehtiyac var:

«Həkim işləmək istəyən varsa, gəlsin, işə götürək. Sanitar işçilərini isə yalnız hazırda yarımştatda olan köhnə işçilərimiz tam ştata keçəndən və əlavə ştatlar ayrılandan sonra götürə bilərik».
XS
SM
MD
LG