Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:53

«Artur Rasi-zadə özünü gümrah hiss edir»


Baş nazir Artur Rasi-zadə
Baş nazir Artur Rasi-zadə
«Baş nazirinin səhhəti qaydasındadır və o, iyulun 20-dən etibarən iş başındadır».
Bu açıqlamanı APA-ya Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli verib. O, baş nazirinin səhhəti ilə bağlı mətbuatda gedən məlumatların həqiqət olmadığını deyib:

«Baş nazir illik məzuniyyət haqqının yalnız bir həftəsindən istifadə edib. Bu müddət isə 9 iyul-16 iyul tarixlərinə təsadüf edib. Həmin müddət ərzində baş nazirinin səlahiyyətlərini onun birinci müavini Yaqub Eyyubov yerinə yetirib. Buna görə də müvafiq olaraq Yaqub Eyyubov həm qərarları imzalayıb, həm də iyulun 16-da Azərbaycanda səfərdə olan Monteneqro və Gürcüstanın baş nazirlərini qəbul edib. Bu normal prosedurdur. İyulun 20-dən etibarən isə baş nazir işə çıxır və hazırda da iş başındadır. Onun səhhətində xüsusi bir geriləmə olmayıb və heç bir problem yoxdur».
Akif Əli mətbuatda yazılanlardan fərqli olaraq baş nazir Artur Rasi-zadə özünü kifayət qədər gümrah hiss etdiyini deyib. Bir neçə gündür ki, bəzi qəzet və agentliklər baş nazirin səhhətində problemlər olduğu, onun müalicə üçün xaricə aparıldığını yazırlar.
XS
SM
MD
LG