Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:43

Özbəkistan səfiri: «Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır»


Sherzod Fayziyev

Sherzod Fayziyev

«Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır».
Bu fikirləri iyulun 25-də Trend informasiya agentliyində keçirdiyi mətbuat konfransında Özbəkistanın Azərbaycana yeni təyin edilən səfiri Sherzod Fayziyev səsləndirib:
«Biz hesab edir ki, münaqişənin həllinin əsas şərtlərindən biri onun Azərbaycanın ərazi bötövlüyü çərçivəsində həll olunmasıdır. Özbəkistanın bununla bağlı mövqeyində hər hansı tərəddüd yoxdur».
Səfir Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticarəti, investisiya qoyuluşu və tranzit-nəqliyyat daşımaları sahəsində qarşılıqlı əlaqələrin qurulması üçün geniş imkanlar olduğunu deyib:
«Bizim əlaqələrin perespektivi üçün geniş imkanlar var. Özbəkistan üçün ən böyük maraq Bakı limanlarından istifadə etməklə Qara dəniz və Aralıq dənizinə çıxışın əldə olunmasıdır. Bundan başqa Özbəkistan da Azərbaycan üçün tranzit mərkəzi kimi böyük önəm daşıyır. Azərbaycan Özbəkistan vasitəsi ilə Cənub-Şərqi Asiyaya, Çin limanlarına çıxa bilər».
Səfir son 5 il ərzində iki ölkə arasında ticarət əlaqələrinin xeyli inkişaf etdiyini deyir.
Sherzod Fayziyevin sözlərinə görə, beş il əvvəl iki ölkə arasında ticarət əlaqələri 40 milyon dollar təşkil edirdisə indi bu rəqəm 60 milyonu keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG