Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:11

Türkiyə Suriya ilə sərhədini bağladı


Türkiyə- Suriya sərhədi
Türkiyə- Suriya sərhədi
Suriya hökuməti iyulun 25-də Aleppo şəhərində üsyançı qüvvələr üzərində üstünlük əldə etdiklərinə dair məlumat yayıb.

Bu arada, Türkiyə rəsmiləri Suriya ilə sərhəd qapılarını zorakılıq hadisələrinə cavab olaraq bağladıqlarını elan ediblər.

Britaniyada mənzillənən Suriya İnsan Haqları monitorinq qrupu deyib ki, döyüşlər bütün gecəni və çərşənbə günü səhər davam edib.

Həmçinin aktivistlər deyiblər ki, Dəməşqin şimalında artilleriyadan atəş açmaqla yüzlərlə ailəni qaçmağa sövq ediblər.

Ankaradan verilən məlumata görə, Türkiyə Suriyayla bütün sərhədlərini, o cümlədən nəqliyyatın girişini bağlayır. Suriya üsyançıları son bir həftədə sərhədin Suriya tərəfində bir çox qapılara nəzarəti əlinə keçirib. Məlumata görə, Suriya qaçqınları qaçaqmalçılıq yolu ilə Türkiyəyə keçirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG