Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 14:02

Batman qurbanlarından birinin uşağı doğulub


Amerikanın Kolorado ştatında Batman haqda yeni filmin premyerasındakı qətliam qurbanlarından biri ata olub. Həyat yoldaşı Caleb Medley ötən cümə günü baş verən atışmadan ciddi xəsarət alıb. O, oğlan uşağı dünyaya gətirib.

Kolorado Universiteti Hospitalının həkimləri deyiblər ki, həm ana, həm də körpəsi yaxşı vəziyyətdədirlər.

Uşaq 23 yaşlı anası Medleyin komada yatdığı xəstəxanada dünyaya gəlib.

"The Dark Knight Rises" - superqəhrəman Batman haqda növbəti filmdir. Ticarət mərkəzindəki kinoteatra girib azı 12 nəfər ölümünə, 50-dən çox adam yaralanmasına səbəb olan 24 yaşlı James Holmes həbs edilib.
XS
SM
MD
LG