Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41
İyulun 24-də Vaşinqton şəhərində ABŞ və Azərbaycan arasında təhlükəsizlik dialoqu keçirilib. Məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Təhlükəsizlik dialoquna Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Araz Əzimov və digər hökumət rəsmiləri qatılıb.
ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Andrew J. Shapironun rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin tərkibinə dövlət katibinin köməkçilərinin müavinləri Eric Rubin, ABŞ müdafiə katibinin köməkçisinin müavini Celeste Wallander, ABŞ-ın enerji nazirinin köməkçisinin müavini William Bryan və digər yüksək vəzifəli şəxslər daxil olub.
Tədbirdə ABŞ-Azərbaycan əməkdaşlığı, enerji təhlükəsizliyi, dəniz təhlükəsizliyi, sərhəd təhlükəsizliyi sahəsində aparılan praktiki əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Əfqanıstan, regional təhlükəsizlik məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında faydalı müzakirələr aparılıb.

Təhlükəsiz dialoqları Azərbaycan və ABŞ arasında 1997-ci ildən bəri keçirilir. Növbəti -14-cü təhlükəsizlik dialoqunun Bakıda keçirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG