Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:42

Elçibəyin Bakıdan getməyi, İlham Əliyevin namizədliyi...


AZƏRBAYCAN XALQININ ÜRƏYİNCƏ OLAN NAMİZƏD, KİMİN NAMİZƏDİDİR?
«Mən belə hesab edirəm ki, bir sıra mətbuat orqanları YAP-ın namizədi məsələsi ilə bağlı təxribatla məşğuldur». «Yeni Azərbaycan» qəzetinin yazdığına görə, bu fikirləri YAP icra katibi, deputat Əli Əhmədov deyib.
Əli Əhmədov qeyd edib ki, «YAP-ın namizədi Azərbaycan xalqının ürəyincə olan namizəddir. Dəfələrlə bəyan etmişik ki, YAP-ın sədri, Prezident İlham Əliyevin namizədliyi nəinki partiyanın 600 min üzvü, eyni zamanda xalqın əksəriyyəti tərəfindən dəstəklənir».
AZƏRBAYCANDAN XARİCƏ 48 MİLYARD DOLLAR ÇIXARILIB
«Azadlıq» qəzeti yazır ki, «Əliyevlər ölkədən 48 milyard pul çıxarıb». Qəzet ofisi Londonda yerləşən «Tax Custice Network»un («Ədalətli Vergi Sistemi») «Ofşor zonaların qiyməti» hesabatına istinad edib.
İlham Əliyev ailəsiylə birlikdə
İlham Əliyev ailəsiylə birlikdə
Qəzet yazır ki, həmin hesabata görə «1993-2010-cu illərdə Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürülüb. Bu rəqəm Ermənistanla müqayisədə 23. Gürcüstanla müqayisədə isə 18 dəfə çoxdur».
30 İLƏ HESABLANMIŞ 630 MİLYONLUQ YOLUN 2 İLƏ DAĞILMAQLIĞI
«Yeni Müsavat» qəzeti 630 milyonluq Bakı-Sumqayıt yolunun dağıldığını yazır.
Qəzet yazır ki, Ceyranbatan və Saray qəsəbələri arasındakı məsəfadə yolun tamamilə qazılıb:
«Nəzərə çatdıraq ki, Bakı Sumqayıt yolu 2010-cu ildə tam istifadəyə verilib və həmin şossesinin 30 il müddətinə istismara verildiyi bəyan edilmişdi. Nəinki 30, cəmi 2 il sonra yol bərbad hala düşüb. Bu, həmin şossenin keyfiyyətsiz çəkilməsinin, ciddi maxinasiyalara yol verilməsinin göstəricisidir».
Rəsul Quliyev
Rəsul Quliyev
HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNƏ ÇOX ÇALIŞAN ADAM
Amerikada mühacirəddə olan parlamentin sabiq spikeri Rəsul Quliyev hesab edir ki, «Elçibəyin Bakıdan getməsi sadəcə dəhşət idi». «Bizim yol» qəzetinə müsahibəsində Rəsul Quliyev Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün əməlli-başlı çalışdığını da deyib.
«...bunun üçün əməlli-başlı çalışmışam, ancaq gəlib Elçibəyi prezidentlikdən kənarlaşdırıb yerinə keçmək mənasında çalışmamışam. Mən onun Milli Məclisin sədri, yaxud baş nazir olmasını istəmişəm».
«Exo» qəzeti yazır ki, yaxın vaxtlarda ölkə yollarının əksəriyyəti işıqlandırılacaq, bütün yol polisi maşınları isə video kameralarla təmin olunacaq. Qəzet bu məlumatı Dövlət Yol Polisinin aldığını yazır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG