Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:22

Tacikistanda 12 əsgər və 30 yaraqlı öldürülüb


Tacikstanın cənubunda Milli Təhlükəsizlik Komitəsi Dağlıq-Bədəxşan idarəsinin rəisi general Abdulla Nazarovun qatillərinə qarşı keçirilən əməliyyat zamanı 12 əsgər və 30 yaraqlı ölüb.

Tacikistan Milli Təhlükəsilik Komitəsinin əməkdaşı Nozircon Nuriyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, əməliyyat zamanı həmçinin 8 Əfqanıstan vətəndaşı da daxil olmaqla 40 yaraqlı yaxalanıb.

Bundan başqa döyüşlərdə 23 əsgərin yaralandığı xəbər verilir.

Dinc sakinlər arasında itki olmayıb.

Buriyevin sözlərinə görə, hazırda müxalifət qüvvələrinin keçmiş komandiri və hazırkı regional sərhəd xidmətinin rəhbəri Tolib Ayombekovun axtarışı gedir.

O və tərəfdarları general Abdulla Nazarovun qətlində şübhəli bilinirlər.

Ötən şənbə günü 20-ə yaxın gənc generalın maşınını saxladaraq, onu öldürüblər.

Hadisə vaxtı generalın yanında 3 həmkarı olub.

Onlar silahlı olsalar da ona kömək etməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG