Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:50
-
Yasamal bazarı ilə üzbəüz beşmərtəbəli qəzalı binanın sakinləri çoxdan köçürülsələr də, 5-ci mərtəbədə bir ailə hələ də gözləməkdədir. Mənzil sakini Zirvə Məmmədova «Qaynar xətt»ə şikayət edib ki, qəzalı mənzildə üç uşaq və həyat yoldaşı ilə hər an evinin başına uçmaq təhlükəsi içərisində yaşayır. Binanın sakinləri başqa mənzillərə köçürülsələr də, nədənsə Yasamal rayon İcra Hakimiyyəti bu ailəni köçürməyi unudub.

Zirvə Məmmədova:

«Bu bina 1961-ci ildə tikilib istifadəyə verilib. 1985-ci ildən qəzalı vəziyyətdədir. Dəfələrlə yerli icra hakimiyyətinə müraciət eləmişik, heç bir xeyri yoxdur. 1986-cı ildən deyirlər ki, sizə ev verəcəyik. Əvvəl qayınatam, sonra da qayınanam ölən günlərinə qədər icra hakimiyyətinə ayaq döydülər. Biz isə hələ də qəzalı evdəyik».

Zirvə Məmmədova deyir ki, 12 il əvvəl baş vermiş zəlzələ binanı daha da yararsız hala salıb. Yaxınlıqdakı yeni binaların inşasında istifadə olunan ağır texnikalar işləyəndə bina silkələnir, sanki indicə uçacaq. Uşaqları eyvana buraxmır ki, eyvan uçar. Yağış, qar yağanda isə vəziyyət daha kritik olur:

«Axırıncı mərtəbədəyik deyə, tavandan sel-su axır, bütün qışı otaqlara vedrə-ləyən yığırıq. Tez-tez uşaqları götürüb atamgilə qaçıram. Demək olar ki, bütün divarlarımız aralanıb. Deyirlər, hökumət ev tikəndə sən də alarsan».

BİNA İCRA HAKİMİYYƏTİNİN BALANSINDAN ÇIXARILIB

Yasamal rayon İcra Hakimiyyətindən isə «Qaynar xətt»ə bildirdilər ki, Şərifzadə küçəsində qəzalı vəziyyətdə olan 72 saylı bina 1984-cü ildə icra hakimiyyətinin balansından çıxarılıb. «Hidroxüsusitikinti» Cəmiyyətinin balansındadır. O ki qaldı binada yaşayan tək ailəyə, icra hakimiyyətindən deyirlər ki, Bakıda mənzil sahələri mənzil növbəsinə duran vətəndaşlara bütün imtiyazları nəzərə alınmaqla növbəli şəkildə verilir. Hazırda Yasamal rayon İcra Hakimiyyətinin sərəncamında mənzil fondu olmadığından problemi həll edə bilmirlər.

«Bir gecə yatdığımız yerdə bu sınıq-salxaq qəfəs başımıza uçsa, qanun qarşısında kim cavab verəcək?».

Bu isə 3 övladını günün 24 saatı evin içində uçqun təhlükəsindən qoruya-qoruya yaşayan Zirvə Məmmədovanın sualıdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG