Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:34

BMT-nin baş katibi Ban Ki Moon Kosovoya gedib


BMT-nin baş katibi Ban Kİ Moon Kosovoya gedib.

Bu 2008-ci ildə Serbiyadan ayrılıb müstəqilliyini elan etdikdən sonra onun Kosovoya ilk səfəridir.

Ban Ki Moon Priştinada çıxış edərkən münasibətləri normallaşdırmaq üçün Serbiya ilə Kosovonu həqiqi dialoqa çağırıb.

Kosovonun şimalında yaşayan etnik serblər Kosovo hökumətini tanımır və bir neçə dəfə sərhəd məntəqələrini blokadaya alıblar.

Ban Ki Moon bundan əvvəl Belqradda Serbiya prezidenti Tomislav Nikoliçlə görüşüb.

ABŞ-da daxil olmaqla artıq bir çox qərb ölkələri Kosovonun müstəqilliyini tanıyıb.

Serbiyanın yaxın müttəfiqi olan Rusiya Kosovonu tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG