Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:30

İrandan Azərbaycana narkotik keçirən qrup yaxalanıb


Foto arxif
Foto arxif
Azərbaycan Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları İrandan
Azərbaycana külli miqdarda narkotik maaddə keçirilməsinin qarşısını alıblar.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
İyulun 13-də Astarada keçirilmiş birgə əməliyyat nəticəsində Azərbaycanın dəniz sərhədini pozmuş 3 İran vətəndaşı saxlanılıb.

Onlar əllərindəki qaçaqmalı dənizə ataraq qayıqla hadisə yerindən uzaqlaşmağa cəhd göstərsələr də sahildən 2,2 mil uzaqlıqda yaxalanıblar.

DSX-nin dalğıcları xüsusi avadanlıqlardan istifadə edərək dənizin dibində 10 kiloqram həşiş aşkar edərək çıxarıblar.

İyulun 20-də isə Astara rayonunun Sım kəndi yaxınlığında dövlət sərhədini pozmağa cəhd göstərən daha 2 nəfərin qarşısı alınıb.

Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq, havanın dumanlı olmasından istifadə edərək geri - İrana qaçıblar.

Hadisə yerindən onlara məxsus 1 kiloqram həşiş və 2 qrama yaxın heroin tapılıb.
XS
SM
MD
LG