Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:16

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb


Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının keçirdikləri birgə tədbir nəticəsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidməti mətbuat xidmətinin məlumat;na görə, iyulun 13-də İran istiqamətindən Azərbaycanın dəniz sərhədini pozmuş 3 nəfər İran vətəndaşı - Elcalı Adil Abdulhüseyn oğlu, Mehdi Aslan Xudaverən oğlu və Seyid Qulamrza Mirəziz oğlu saxlanılıb. DSX-nin dalğıcları xüsusi avadanlıqlardan istifadə etməklə dənizin dərinliyindən 10 kiloqram narkotik vasitə olan həşişi aşkarlayaraq çıxarıblar.

İyul ayının 20-də isə Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran istiqamətindən dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfərin qarşısı alınıb.

Sərhədi pozmağa cəhd göstərən şəxslər geri - İrana qaçıblar. Hadisə yerinə keçirilmiş baxış zamanı qaçaqmalçılara məxsus 1 kiloqram həşiş və 2 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

Hazırda hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG