Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:12

"Neftçi" səfərdə "Zestafoni" ilə cavab oyununa çıxır


Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.

Bakının "Neftçi" klubu səfərdə Gürcüstan çempionu "Zestafoni"nin qonağı olacaq.

Neftçi Bakıda keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyindən ilk baxışdan bu oyunun onun üçün rahat olacağı gözlənilir.

Amma "Zestafoni" klubunun baş məşqçisi Giorgi Çiaberaşvili Neüftçidən qisas alacaqlarını deyir.

Qeyd edək ki, "Zestafoni" - "Neftçi" matçı bu axşam Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

"Neftçi" "Zestafoni"ni məğlub edəcəyi halda növbəti mərhələdə "İroni Kiryat" və "Jilina" cütünün qalibi ilə qarşılaşacaq.
XS
SM
MD
LG