Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:46
Gürcüstanlı məşqçi Giorgi Çiaberaşvili Neftçidən qisas alacaqlarını vəd edib.

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq. Bakının "Neftçi" klubu səfərdə Gürcüstan çempionu "Zestafoni"nin qonağı olacaq.

Neftçi Bakıda keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyindən ilk baxışdan bu oyunun onun üçün rahat olacağı gözlənilir.

"Zestafoni" klubunun baş məşqçisi Giorgi Çiaberaşvili isə belə düşünmür.

O görüş ərəfəsində keçirdiyi mətbuat konfransında komandasının Neftçidən daha güclü olduğunu deyib:

"Ümid edirəm ki, bu axşamkı oyunda azarkeşlərimiz bizi tənqid etməyəcək, əksinə dəstəkləyəcəklər. Biz hər zaman azarkeşlərimiz qarşısında yaxşı oyun nümayiş etdirmişik.
Düşünürəm ki, bu axşam da birlikdə uğur əldə edə bilərik.
Buna görə də axşamkı oyunu səbirsizliklə gözləyirik.
Rəqibə gəldikdə isə "Neftçi" çox yaxşı komandadır.
Onların heyətində Cavid İmamverdiyevi çox bəyənirəm.
Amma komanda şəklində "Zestafoni" "Neftçi"dən daha güclüdür.
Bu axşam "Neftçi"yə qarşı hücumlu, aqressiv futbol oynayacağıq”--deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, "Zestafoni" - "Neftçi" matçı bu axşam Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

"Neftçi" "Zestafoni"ni məğlub edəcəyi halda növbəti mərhələdə "İroni Kiryat" (İsrail) - "Jilina" (Slovakiya) (İlk oyun - 0:1) cütünün qalibi ilə qarşılaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG