Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Azərbaycan yığmasının London Olimpiadasında bayraqdarı kim olacaq?


-
Azərbaycan yığmasının London Olimpiadasında bayraqdarı rəsmən açıqlanıb.

Bu, 4 il öncə Pekində keçirilən son Olimpiadada qızıl medal qazanan cüdoçu Elnur Məmmədli olacaq.

Bunu jurnalistlərə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan olimpiyaçılarının Londona yola salınma mərasimində deyib. O, Azərbaycan idmançılarının iyulun 27-də başlayacaq Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşdıqlarını bildirib:

«Olimpiya yığmamızın üzvlərinin geyimlərində milli çalarlar əks olunub. İdmançılara yüksək səviyyədə hazırlıq keçdiklərindən, böyük ümidlərimiz var. İnanırıq ki, London Olimpiadasında böyük uğurlar qazanacağıq».

/apa/
XS
SM
MD
LG