Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:32

Obama Assadi faciəli səhvdən çəkinməyə çağırıb


ABŞ prezidenti Barack Obama Suriya prezidenti Bashar Assadi faciəli səhvdən – kimyəvi silahdan istifadə etməkdən çəkinməyə çağırıb. Obama Assadi xəbərdar edib. Deyib ki, əgər Suriyada kimyəvi silahdan istifadə olunsa onda Bashar Assad dünya ictimaiyyəti qarşısında cavab verəcək.

Dünən Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Jihad Makdissi bildirib ki, əgər xarici qüvvələr Suriyaya soxulsa, onda kimyəvi silahlardan istifadə olunacaq.

Suriya hakimiyyəti Ərəb Dövlətləri Liqasının hakimiyyətdən getdiyi təqdirdə təhlükəsizliyinə təminat veriləcəyi təklifini də qəbul etməyib.

Hələbdə isə silahlı qarşıdurmalar davam edir. Bu arada Suriyada fəaliyyət göstərən humanitar təşkilatlar humanitar yardıma ehtiyacı olanların sayının kəskin şəkildə artdığını bildirib.

Suriya Ərəb Qızıl Ay Təşkilatı ölkədə bir milyon yarım insanın evsiz-eşiksiz qaldığını bildirib.

BMT-nin rəqəmlərinə görə, Suriyanı tərk edən 115 min qaçqın Türkiyə İordaniya, Livan və İraqa sığınıb.
XS
SM
MD
LG