Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:29

Müslim Maqomayevin anadan olmasının 70 illiyi qeyd olunur


Muslim Magomayev
Muslim Magomayev
Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslim Maqomayevin anadan olmasının 70 illiyi ilə əlaqədar tədbirlər keçirilir.

İyulun 23-də Qəbələdə Müslim Maqomayevın 70 illyinə həsr olunan 4-cü Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Festivalda iştirak etmək üçün Müslim Maqomayevın həyat yoldaşı Tamara Sinyavskaya da Azərbaycana gəlib.

Festivalda Muslim Maqomayevin repertuarından mahnılar ifa olunacaq. “Krocus City Holl”da daxil olmaqla bir çox yerlərdə Müslim Maqomayevin xatirəsinə həsr olunan konsertlər keçiriləcək.

Tamara Sinyavskaya Fəxri Xiyabanda Müslim Maqomayevin məzarını ziyarət edib.

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.
İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib.

1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib.
Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib.

1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb.
Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir.
XS
SM
MD
LG