Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:23

«Naxçıvanlılar İlham Əliyevin regiona səfərindən məmnun qalıblar»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı» 2 iyun 2012. sayı: 100 (20.505)


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN DOKTORANTI AVROPA DOKTORANTURA TƏHSİLİ ALACAQ

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər universiteti arasında ali təhsil sahəsində əməkdaşlıq və tələbə mobilliyini təmin edən Erasmus Mundus proqramı çərçivəsində «Qiymətləndirmə strategiyası və Avropa ali təhsilinin dəstəyi» adlı layihə həyata keçirilir. Azərbaycanın da üzv olduğu ingilis dilinin tədrisi keyfiyyətinin artırılmasına xidmət edən tədrisyönlü bu proqramın əsas koordinatoru Almaniyanın Hötingen Universitetidir.

...Azərbaycan üzrə 5 bakalavr, 2 magistrant və 2 doktorant olmaqla, 9 tələbə seçilmişdir. Onlardan 6-sı İtaliya, 1-i Estoniya, 2-si isə İspaniyada təhsillərini davam etdirəcəklər. Azərbaycan universitetlərindən Avropa universitetlərinə qəbul olunanlar sırasında Naxçıvan Dövlət Universitetinin qeyri – üzvi kimya ixtisası üzrə doktorantı, universitetin «Regionun İnkişafı Problemləri» elmi – tədqiqat laboratoriyasının elmi işçisi Şahanə Hüseynova da var.

MUXTAR RESPUBLİKA SAKİNLƏRİ ÖLKƏ BAŞÇISININ REGİONUMUZA SƏFƏRİNİN XOŞ TƏƏSSÜRATLARINI YAŞAYIRLAR

Doğma diyarımız ölkə başçısının bu qədim torpağa növbəti səfərinin sevinci ilə yaşayır. Azərbaycan Prezidentinin regionumuza budəfəki gəlişi də bir neçə obyektin açılışı ilə yadda qaldı. Dövlət başçısının muxtar respublikamıza səfərinin xoş təəssüratlarını regionumuzun bir neçə sakini ilə bölüşdük.

Heyran Qazıbəyova - Akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasının laboratoriya müdiri: Cənab Prezidentin muxtar respublikaya gəlişinə həmişə sevinirik. Onunla hər bir görüş muxtar respublika sakinlərinin qurub – yaratmaq əzmini yüksəldir. Ölkə rəhbərinin akademik Zərifə xanım Əliyevanın adını daşıyan poliklinikanın möhtəşəm binasının açılışanda iştirak etməsi bizə qürur hissi yaşatdı.

Ruhiyyə Abbasova – Culfa Rayon Uşaq Musiqi Məktəbinin müəllimi: Danılmaz həqiqətdir ki, Azərbaycan mədəniyyətinin bugünkü inkişafı müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun sayəsində Azərbaycan mədəniyyəti, sözün əsl mənasında inkişafdadır. Bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan mədəniyyəti də əsl tərəqqi dövrünü yaşayır. Bu gün muxtar respublikamızda uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına, onların bacarıq və istedadlarının düzgün istiqamətləndirilməsinə, xüsusi diqqət yetirilir, uşaq və gənclərin dünya standartlarına uyğun, yüksək səviyyədə təhsil alması üçün geniş imkanlar yaradılır.

DİGƏR MƏQALƏ BALIQLARI:


- Uşaqlar hər bir dövlətin gələcək təminatçılarıdır
- Uğurların təməlində dayanan başlıca amil yurdsevərlikdir
- Abonentlər etibarlı elektrik enerjisi ilə təmin edilir
XS
SM
MD
LG