Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:23

James Holmesə qarşı rəsmi ittiham iyulun 30-da elan ediləcək


Birləşmiş Ştatlarda 12 nəfəri qətlə yetirmiş, 58 adamı isə yaralamış James Holmesin məhkəməsi olub.

Ona qarşı rəsmi ittiham iyulun 30-da elan ediləcək.

Avrora şəhər sakini olan 24 yaşlı James Holmes ötən cümə günü kinoteatra girərək gözyaşardıcı qaz buraxıb, sonra isə tamaşaçılara atəş açmağa başlayıb.

Nəticədə 12 nəfər ölüb, 58 adamı isə yaralanıb.

Dünən Kolorado ştatında terror qurbanlarının xatirəsi anılıb.

Prezident Barack Obama da daxil olmaqla Avrora şəhərində keçirilən mərasimdə minlərlə adam iştirak edib.

Barack Obama bundan əvvəl xəstəxanada yaralılara baş çəkib, ölən və xəsarət alanların yaxınları ilə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG