Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:21

Yerevanda "Erməni terroru" kitabını satmış şəxs azadlığa buraxıldı



Ermənistanın Apellyasiya Məhkəməsi Bakıda buraxılmış “Erməni terroru” kitabını Yerevanda yaymış Spartak Akocanyanı azadlığa buraxıb.

Aşağı instansiya məhkəməsi onu bu ilin aprelində Yeravanın mərkəzindəki “vernisaj”da (burada kitab, rəsm əsərləri, zərgərlik məmulatları və müxtəlif suvenirlər satılır) həmin kitabın 10 nüsxəsini satdığına görə 4 illik həbs cəzasına məhkum etmişdi.

Kitab rus dilində çap edilib və Dağlıq Qababağ münaqişəsinin bəzi epizodlarını “erməni cinayətkar qruplarının dinc azərbaycanlılara qarşı terror əməliyyatları” kimi təqdim edir.

Kitabçı Spartak Akocanyanı “milli ədavəti qızışdırma” ittihamı ilə həbsə göndərmişdilər.Amma Apellyasiya Məhkəməsi “cinayət tərkibinin olmadığını” əsas gətirərək işə xitam verib.

Akocanyan məhkəmə zalından azadlığa buraxılıb.

Lenta.ru-ya istinadla Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG