Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:16

Kinematoqrafçılar İttifaqını daha bir qrup tərk etdi


Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə

Bu barədə APA- ya yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
İttifaqı tərk etmək barədə ərizə yazanlar xalq artistləri Yalçın Əfəndiyev, Nuriyyə Əhmədova, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, əməkdar mədəniyyət işçiləri Pərviz Quliyev, Kamil Məmmədov, əməkdar artist Azad Şükürov, rejissorlar Rövşən İsmayılov, İlqar Safat, rəssam Mehriban Əfəndiyeva, aktyor Arif Kərimovdur.
Adı çəkilən şəxslər üzv olmaq üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına müraciət ediblər.
Məlumatda bildirilir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxmaq barədə müraciət edənlər təzyiq və hədələrlə üzləşsələr də, ittifaqı tərk etmək üçün müraciət edənlərin sayı günü-gündən artır.
Xatırladaq ki, iyulun 16-da 10 kino işçisi də Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Kinematoqrafçılar İttifaqını tərk etmişdi.
Onların arasında əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, xalq artisti Tariyel Qasımov, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə, Ələkbər Muradov, Yavər Rzayev, Ənvər Əbluc, Tağı Babayev, Əziz Məmmədov, Faiq Əliyev və Hafiz Fətullayev vardı.

Şərhləri göstər

XS
SM
MD
LG