Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:58

Türkiyə Suriya sərhəddinə əlavə raket qurğuları yeridib


Türkiyə bazar günündən Suriya sərhəddində əlavə yer-hava tipli raket qurğuları yerləşdirməyə başlayıb.

Bu çox gümün ki, Suriya üsyançılarının sərhəddəki bir sıra nəzarət-buraxılış məntəqələrini ələ keçirməsilə bağlıdır.

Bu barədə France-Presse agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumatda Türkiyənin cənub-şərqindəki Mardin şəhərinə raket qurğuları olan hərbi maşın karvanı gətirildiyi bildirilir.

Türkiyə dövlət informasiya agentliyinin məlumatına görə bu qurğular sərhəd bölgəsindəki ordu üçün nəzərdə tutulub.
XS
SM
MD
LG