Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:19

Bill Clinton Afinada Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb


Keçmiş ABŞ prezidenti Bill Clinton Afinada Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.

Danışıqlar zamanı əsasən xarici sərmayələrin artırılması ilə bağlı problemlər müzakirə olunub.

Onun səfər zamanı həmçinin xarici işlər, maliyyə, müdafiə və inkişaf nazirləri ilə görüşü, habelə Yunanıstan-ABŞ iş adamlarının konfransında çıxışı nəzərdə tutulub.

Keçmiş prezident Yunanıstanda koalision hökumət yaradılmasını alqışlayıb və kəskin iqtisadi tədbirlərdən qaçmağın mümkünlüyü ilə razılaşıb.

Klinton qeyd edib ki, əsəs məsələ hökumətin islahatlar aparmasıdır.

Bill Klinton Yunanıstana xaricdə yaşayan yunanıstanlı iş adamlarının bu ölkəyə kömək etmək istəməsini dəstəkləmək məqsədilə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG