Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:33

Çempionata 2 ay qalır - Azərbaycan ev sahibliyinə hazırdırmı?


Çempionatın maskotunun təqdimatı

Çempionatın maskotunun təqdimatı

-
Bakı, Qusar, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Zaqatalanı birləşdirən 22 futbolçu qız bu dəfə daha böyük məqsəd uğrunda top qovacaqlar - Azərbaycanı FIFA 2012 Qadınlararası Dünya Çempionatının qalibi etmək üçün.

«Flashmob»un qonaqları FIFA 2012 U-17 Qadınlararası Dünya Çempionatının Yerli Təşkilat Komitəsindən Nərmin Abbasova və Komitənin koordinatoru Nərgiz Məmmədova Azərbaycanın ev sahibi olduğu çempionata hazırlıq prosesindən danışırlar.

N.Məmmədova deyir ki, çempionat 22 sentyabr - 13 oktyabr tarixlərində Azərbaycanın Bakı və Lənkəran şəhərlərində baş tutacaq. Artıq püşkatma da olub və qruplar məlumdur. Azərbaycan Kolumbiya, Kanada və Nigeriya ilə birgə A qrupunda mübarizə aparacaq:

«Çempionatın artıq elan olunmuş rəsmi emblem və maskotunun hazırlanmasında bizə FIFA-nın marketinq komandası kömək olub, final versiyanı onlar hazırlayıblar. FIFA əvvəlcə sorğu yolladı ki, emblem və maskotda nələri görmək istərdiniz? Biz üzərində milli ornamentlər, Qız qalası, Şirvanşahlar Sarayı olan 10 nümunə yolladıq. Biz seçdik və FIFA-ya məlumat verdik. Emblem FIFA tərəfindən təsdiqləndikdən sonra iyunun 6-da Azərbaycan futbolunun 100 illiyi günü ictimaiyyətə təqdim olundu. Maskotda da həmçinin qadın futboluna dəstək verən qız təsvir olunub».

Yerli Təşkilat Komitəsinin Media kommunikasiya üzrə mütəxəssisi N.Abbasova oyunların 6 stadionda keçiriləcəyini bildirir:

«Onlardan bəzisi təmirdə olsa da, sentyabra kimi açılacaq. Oyunların keçiriləcəyi stadionlardan 3-ü – «Dalğa Arena», 8-ci kilometr stadionu və Bayıl stadionu FIFA-nın standartlarına uyğun tikilib. Açılış və qapanış isə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq».

Çempionata dəvət olunmuş müğənnilərdən Jennifer Lopez sentyabrın 22-si açılış matçında, Rihanna oktyabrın 5-i ¼ finalda, Shakira isə oktyabrın 13-ü finalda çıxış edəcək.

Çempionat zamanı biletlərin qiyməti isə açılış və final oyununda 5-15 AZN, qalan oyunlarda isə 1-3 AZN olacaq.

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG