Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:17

ABŞ-da 12 adamı öldürmüş James Holmesin məhkəməsi gözlənilir


Birləşmiş Ştatlarda kütləvi qətl törədən 24 yaşlı Ceyms Holmesin bazar ertəsi məhkəməsi gözlənilir.

Dünən ABŞ-ın Kolorado ştatında terror qurbanlarının xatirəsi anılıb.

Prezident Barack Obama da daxil olmaqla Avrora şəhərində keçirilən mərasimdə minlərlə adam iştirak edib.

Barack Obama bundan əvvəl xəstəxanada yaralılara baş çəkib, ölən və xəsarət alanların yaxınları ilə görüşüb.

Avrora sakini olan 24 yaşlı James Holmes ötən cümə günü kinoteatrda atəş açaraq 12 nəfəri öldürüb, 58 adamı isə yaralayıb.
XS
SM
MD
LG