Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

Mənzildə partlayış baş verib, 1 nəfər ölüb


-
İyunun 23-də Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, partlayış ümumi sahəsi 170 kv.m olan dördotaqlı mənzildə təmir işləri aparılan zaman baş verib.

2 fəhlə yanıq xəsarətləri alaraq xəstəxanaya aparılıb. Yaralılardan biri xəstəxanada vəfat edib.

Partlayış nəticəsində evin bəzi avadanlıqlarına zərər dəyib. Çərçivəsindən çıxan pəncərə həyətdə dayanmış 2 minik avtomobilinin üstünə düşüb.

İlkin ehtimala görə, partlayışa texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
XS
SM
MD
LG