Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:28

Putinlə Monti Soçidə görüşür


Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin ilə İtaliyanın baş naziri Mario Monti görüşəcək.

Danışıqların əsas mövzusu “Cənub axını” qaz kəmərinin tikintisi olacaq. Bu kəmər vasitəsilə Rusiya qazı Balkan regionu ölkələrinə və Mərkəzi Avropaya çatmalıdır.

Layihənin hazırlanmasında Rusiyanın “Qazprom” şirkəti ilə İtaliyanın ENİ şirkəti iştirak edir. Tikintinin bu ilin dekabrında başlanması nəzərdə tutulur.

Soçi görüşündə iki ölkə liderləri avro zonadakı böhranı və Suriyadakı vəziyyəti də müzakirə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG