Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:53

Pakistan Əfqanıstana xəbərdarlıq edib


Əfqanıstan Pakistana xəbərdarlıq edib ki, sərhəd bölgəsindəki kəndlərin bir daha atəşə tutulması iki ölkə arasındakı münasibətləri əngəlləyə bilər.

Şənbə günü axşam Əfqanıstanın Danqam kəndinin Pakistan ərazisindən bombalanması nəticəsində 4 adam ölüb.

Buna görə Pakistanın Əfqanıstandakı səfiri xarici işlər nazirliyinə çağırılıb.

Bundan başqa prezident Hamid Karzai məsələnin milli təhlükəsizlik şurasında müzakirə olunduğunu deyir.

Pakistan hökuməti bundan əvvəl bölgədə yaraqlılara qarşı mübarizə apardığını bəyan eləmişdi.
XS
SM
MD
LG