Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Bolqarıstandakı terror aktına görə daha 2 nəfər saxlanıb


Bolqarıstan polisi Burqas hava limanında törədilmiş partlayışda əli olmaqda şübhəli bilinən daha 2 nəfəri həbs edib.

Ötən çərşənbə günü israilli turistləri aparan avtobusun partladılması nəticəsində 5 israil vətəndaşı və yerli sürücü ölüb.

Bolqarıstan mətbuatı polisə istinadla yazır ki, plana görə saxlanan şəxslər partlayışı törədən intiharçını müşaiyət etməli, birinci partlayışın baş tutmayacğ halda onlardan biri onu əvəz etməliymiş.

İkincisi isə onların tərəddüd edəcəyi və ya həbs olunacaqları halıda onları öldürməliymiş.

İsrail bəyan edib ki, bu terror aktının arxasında İran və Livandakı radikal Hizbullah qrupu durur.

İstintaqın gedişinə ABŞ və İsraildən olan mütəxəssislər də cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG