Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:24

Liviya Olimpiya Komitəsinin prezidenti girovluqdan azad edilib


Liviya Olimpiya Komitəsinin prezidenti Ahmed Nabil al Alam girovluqdan azad edilib.

O 1 həftə bundan əvvəl naməlum adamlar tərəfindən oğurlanmışdı.

Alamın qardaşı onun dünən milli təhlükəsizlik xidmətinin əməkdaşlarına təhvil verildiyini və özünü yaxşı hiss etdiyini deyir.

Onun nəyə görə oğurlanması və hansı şərtlə azad edildiyi hələlik bəlli deyil.

O bu vəzifədə keçmiş dikdator Muammar Qaddafinin oğlu Mohammad Qaddafini əvəz edir.

Mohammad Qaddafi ötən il Əlcəzairə qaçıb.

Hakimiyyət dəyişənədək al Alam Liviya Futbol Assosasiyasının rəhbəri və Mohammad Qaddafinin dostu olub.
XS
SM
MD
LG