Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:36

ABŞ-ın F-16 təyyarəsi Yaponiya sahillərində qəzaya düşüb


ABŞ-ın F-16 qırıcı təyyarəsi bazar günü Yaponiyanın şimal sahillərində qəzaya uğrayıb.

Təyyarəni idarə edən vahid pilot katapulta yolu ilə xilas olub.

Hazırda onun quruya çıxarılması istiqamətində əməliyyatlar gedir.

Qəzanın baş verdiyi əraziyə sərhəd mühavizə katerləri və təyyarələr göndərilib.

Qəzanın səbəbi barədə hələlik məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG