Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:12

Zəlimxan Yaqub. Mən zamanı zamanında yaşadım


-

Mən zamanı zamanında yaşadım

Mənim ömrüm təbiətin ömrüdü,
Damlasında, ümmanında yaşadım.
Zirvələrin çiskinində, çənində,
Yağışında, dumanında yaşadım.

Sular kimi hey töküldüm çarxa mən,
Boş gəlmədim otuza mən, qırxa mən.
Əlli yaşda oldum elə arxa mən,
Ümidində, gümanında yaşadım.

Dərd ürəkdə, əsrin yükü çiyində,
Ağrı başda, qasırğalar beyində.
Aha döndüm ürəklərin heyində,
Kədər oldum, kamanında yaşadım.

Ürəyində buz yaşamaq - faciə,
Yarasında duz yaşamaq - faciə,
Çox yaşamaq, az yaşamaq - faciə,
Mən zamanı zamanında yaşadım.

zalimxanyaqub.com

Günün bütün mövzuları

XS
SM
MD
LG