Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

Zəlimxan Yaqub. Düşmə sevgidən qaçaq


-

Düşmə sevgidən qaçaq

Min-min kitab yazılır
Bir şamın işığında.
Hər kitab bir ocaqdı
İlhamın işığında.

Halal sünbül, halal dən
Maya tutur halaldan.
Qüvvət alır əl-əldən
Salamın işığında.

Dönür sərvətə, zərə,
Batır müşkə, ənbərə.
Vəhy gəldi peyğəmbərə
Salamın işığında.

Dərd gəlsə qucaq-qucaq
Düşmə sevgidən qaçaq.
İnsan xoşbəxtdir ancaq
İnamın işığında.

zalimxanyaqub.com

Günün bütün mövzuları

XS
SM
MD
LG