Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:04

Zəlimxan Yaqub. Şahdan gəlib şaha gedən yoldayam


-

Şahdan gəlib şaha gedən yoldayam

Dan yerindən əsən mehə bələndim,
Mehdən gəlib mehə gedən yoldayam.
Duru gəlib duru qalmaq eşqinə
Şehdən gəlib şehə gedən yoldayam.

Libası qəm, paltarı qəm, donu qəm,
Günlərimiz beşi sevinc, onu qəm.
Bu dünyanın əvvəli qəm, sonu qəm,
Ahdan gəlib aha gedən yoldayam.

Yağış mənim, boran mənim, qar mənim,
Uçurum mənim, keçid mənim, dar mənim,
Ucuz yolda nə ölümüm var mənim? -
Baha gəlib baha gedən yoldayam.

Lalə mənəm, Kərəm mənəm, kül mənəm,
Kül içindən baş qaldıran gül mənəm,
Sevgi adlı şah evində qul mənəm,
Şahdan gəlib şaha gedən yoldayam.

zalimxanyaqub.com

Günün bütün mövzuları

XS
SM
MD
LG