Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53

Naxçıvanda ekoloji tarazlığın qorunması üçün tədbirlər görülür


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı» 5 iyun 2012. sayı: 103 (20.508)


YAŞAYIŞ BİNASINDA YENİDƏNQURMA İŞLƏRİ APARILIR

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərinin bir istiqamətini də yaşayış binalarının təmir olunması və yenidən qurulması təşkil edir. Bu tədbirlərin davamı olaraq Şərur şəhərini Heydər Əliyev prospektindəki 36 nömrəli binada «Can Holdinq» Tikinti Şirkətinin inşaatçıları tərəfindən yenidənqurma işləri aparılır.
Ötən aydan yenidən qurulmasına start verilən 42 mənzilli binada ilkin mərhələdə dam örtüyü, fasad hissələr, eyvanlar, arakəsmələr sökülür, qapı və pəncərələr çıxarılır. Dəmir – beton sütunlarla tikinti möhkəmləndirilir. İş icraçısının bildirdiyinə görə, obyektdə tezliklə qəlib – monolit beton işlərinə başlanılacaq. Fasad suvanacaq, travertine üzlük daşlarla üzlənəcək, su, kanalizasiya və elektrik xətləri yenilənəcək. Bir sözlə, burada sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılacaq.

MUXTAR RESPUBLİKADA EKOLOJİ TARAZLIĞIN QORUNMASI İSTİQAMƏTİNDƏ MÜHÜM TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və təbiətin zənginləşdirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə ekoloji problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Ümummilli liderimizin təşəbbüsü ilə təbiətin zənginləşdirilməsi ənənəsinin əsası qoyulmuş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, ekoloji siyasət müstəqillik illərində də uğurla həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Müəllifi ulu öndər olan Azərbaycan Respublikasının Konstitusiyasında ölkə ərazisində mövcud olan ekoloji problemlərin həll edilməsi, təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədilə səmərəli istifadə olunması öz əksini tapmışdır.

…Qeyd edək ki, bu tədbirlərin əsası ulu öndərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə - 1991-93-cü illərdə qoyulmuşdur. Həmin illərdə blokadanın çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində burada yaşıllaşdırma iməciliklərinin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır.

DİGƏR MƏQALƏ BALIQLARI:


- Bələdiyyələrin fəaliyyəti ilə bağlı seminar – müşavirə
- Sənaye sahəsi muxtar respublika iqtisadiyyatının lokomotividir
- Əvvəlcə özümüzü tanıyaq...

Şərhləri göstər

XS
SM
MD
LG