Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:16

Pakistanda törədilmiş partlayışlarda 23 adam ölüb


Pakistanın şimal-qərbində törədilmiş hücum nəticəsində 7 əsgər həlak olub, 3-ü isə yaralanıb.

Motosikletdə olan yaraqlılar Bəlucistan əyalətinin Qvadar şəhərində hərbi posta hücum edərək aradan çıxıblar.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Bu əyalətdə vaxtaşırı sünni və şiələr arasında toqquşmalar olur, islamçı yaraqlılar və üsyançılar hücumlar törədirlər.

Həmçinin Xayber-Paxtunxva əyalətində minanın partlaması nəticəsində azı 3 nəfər ölüb, 7 adam isə yaralanıb.

Bundan əvvəl elə bu bölgədə törədilmiş partlayışda isə azı 10 nəfər ölüb, 25 nəfərsə yaralanıb.

İntiharçı özünü yerli komandir Maulana Nabiyə məxsus düşərgənin ətrafında partladıb.

O Talibanla əlbir olan digər komandir Maulana Tufanla düşməndir.
XS
SM
MD
LG