Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:05

Xədicə İsmayılova «Fədakarlığa görə» mükafatını aldı


Xədicə İsmayılova
Xədicə İsmayılova
-
AzadlıqRadiosunun müxbiri Xədicə İsmayılova Azərbaycan Jurnalistlər Birliyinin «Fədakarlığa görə» diplomu ilə təltif olunub.

Mükafatı təqdim edən Birliyin sədri Elçin Şıxlı deyib ki, X.İsmayılova AzadlıqRadiosunda yayımlanan araşdırmalarına görə bu diploma layiq bilinib.

İyulun 21-də Media Hüququ İnstitutu, Azərbaycan Jurnalistlər Birliyi və «Yeni Nəsil» Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirdib. Tədbirdə paytaxtda və bölgələrdə fəaliyyət göstərən bəzi KİV nümayəndələri «Həsən bəy Zərdabi» mükafatı ilə təltif edilib.

Bundan başqa, bu ildən əyalət mediasında çalışanlar üçün Regional Media Mükafatı verilməyə başlayıb.
XS
SM
MD
LG