Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22

Tələb: «Medalın rəngini dəyişin»


Ağırqaldırma üzrə Avropa çümpionu Tigran Martirosyan, 2010

Ağırqaldırma üzrə Avropa çümpionu Tigran Martirosyan, 2010

-
Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Gagik Tsarukyan vəd verib ki, London olimpiadasında ölkəyə qızıl medal qazandıran idmançıya 700 min dollar pul mükafatı verəcək.

Bundan başqa, Ermənistan hökumətinin də müəyyənləşdirdiyi mükafat var: 1-ci yeri qazanana 48 min, 2-ci yeri qazanana 36 min, 3-cü yeri qazanana isə 24 min dollar mükafat veriləcək.

«ƏSAS İDMANÇILARIN SAYI YOX, ONLARIN KEYFİYYƏTİDİR»

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Derenik Gabrielyan hesab edir ki, Ermənistan bu il qızıl medal qazanacaq. Amma o, konkret ad çəkmək istəmədi:

«İndi ad çəksəm, həmin idmançıya müəyyən mənada psixoloji təsir etmiş olaram. Ürəyimin dərinliyində çox ümid edirəm ki, biz bu il qızıl medal qazanacağıq. Bilirsiz ki, olimpiadada neçə ölkə, neçə idmançı iştirak edir və onların hər biri medal qazanmağa iddialıdır. Amma vacib olan idmançıların sayı yox, onların keyfiyyətidir».

«MEDALIN RƏNGİNİ DƏYİŞİN»

2008-ci il Pekin Olimpiya Oyunlarında erməni idmançılar 6 bürünc medal qazanmışdı. Bu dəfə isə Milli Olimpiya Komitəsi idmançılar qarşısında böyük bir vəzifə qoyub – medalın rəngini qızıl və ya gümüşüyə dəyişmək.

Ermənistanı təmsil edəcək idmançıların sayında isə heç bir dəyişiklik olmayıb - Londona 25 nəfər yollanır. Amma bu dəfə idmançılar ölkəni 8 deyil, gimnastika və taekvando da daxil 10 idman növü üzrə təmsil edəcəklər.

Milli Olimpiya Komitəsi bu il də ağırlıq qaldıranlar və güləşçilərin ölkəyə medalla qayıdacaqlarına ümid edir. Derenik Gabrielyan deyir:

«Bizim idmançıların iradəsi olmalıdır, vətənpərvərliyi unutmamalıdırlar. Digər idmançıların daha güclü olduğunu düşünməməli və sonadək mübarizə aparmalıdırlar. Unutmamalıyıq ki, xalq bizə arxalanır və qayıdandan sonra onlara hesab verməliyik».

CƏMİ 1 QIZIL MEDAL

Komandanın ən yaşlı idmançısı 42 yaşlı atıcı Norayr Bakhtamyan'dır. Ən gənc idmançı - 18 yaşlı Anaid Mkhitaryan isə ölkəni üzgüçülük üzrə təmsil edir. Ermənistanın builki olimpiya komandasında həm də sovetlər dönəminin iki olimpiya çempionu - Yurik VardanyanLevon Julfalakyan'ın oğulları – güləşçi Arsen və atlet Norayr da təmsil olunurlar.

Ermənistan müstəqillik qazanandan bu yana olimpiadalarda cəmi 1 qızıl medal qazanıb. 1996-cı ildə yunan-roma güləşçisi Armen Nazaryan birincilik əldə edib.

Cüdoçu Armen Nazaryan

Cüdoçu Armen Nazaryan

Eyni ada və soyada malik cüdoçu Armen Nazaryan isə artıq üçüncü dəfədir ki, olimpiadaya qatılır. London olimpiadası onun karyerasında sonuncu olimpiada olacaq:

«İştirak etdiyim iki olimpiada mənim üçün uğursuz olub. Amma istəmirəm ki, London olimpiadasında da bəxtim gətirməsin. Bu, mənim üçün sonuncu olimpiadadır. Əlimdən gələni edəcəyəm ki, medal qazana bilim. Arzum çox böyükdür, görək Allah nə buyuracaq. İstənilən medal mənim üçün medaldır».

BOKSÇULARIN UĞURSUZLUĞUNUN SƏBƏBİ

Ermənistan üçün uğurlu idman növlərindən biri də boksdur. Amma bu il olimpiadada ölkəni yalnız bir boksçu təmsil edəcək, çünki idmançılar Bakıda keçirilən çempionatda uğur qazana bilməyiblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Derenik Gabrielyan:

«Yerevanda oturub idmançılarımızı yaxşı nəticə göstərmədiklərinə görə ittiham etmək çox asandır. Amma mən özüm orada olmuşam, bilirəm ki, bizim idmançılar üçün Azərbaycanda yarışmaq necə çətindir. Əsəb və psixoloji durum idmançıların daha yaxşı yarışmalarına və olimpiadaya vəsiqə qazanmalarına maneçilik törətdi».
London olimpiyaya hazırlaşır

London olimpiyaya hazırlaşır


«BİZİ AZƏRBAYCAN HEYƏTİNDƏN MÜMKÜN QƏDƏR UZAQDA YERLƏŞDİRİN»

Bu arada Ermənistan London Olimpiya Oyunlarının təşkilatçılarına rəsmi müraciət ünvanlayıb ki, onları Azərbaycanın nümayəndə heyətindən mümkün qədər uzaq bir yerdə məskunlaşdırsın.

Ermənistan olimpiadaya hazırlığa təxminən 430 min dollar xərcləyib. Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Ermənistanın bayrağını əfsanəvi sovet gimnastı Albert Azaryan daşıyacaq.

1952-ci ildən bu yana yay olimpiya oyunlarında 134 idmançı Ermənistanı təmsil edib. 17 qızıl, 14 gümüş və 15 bürünc medal əldə olunub.
XS
SM
MD
LG