Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

Kazanda dini xadimlərə edilmiş hücuma görə 6 nəfər saxlanıb


Kazanda Tatarıstanın dini xadimlərinə edilmiş hücumun təşkilində şübhəli bilinən daha bir nəfər-güc qurumları və dini idarə ilə əlaqə üzrə şöbənin keçmiş rəisi Marat Kudakaev həbs edilib.

Həmçinin cümə günü “İdel-Həc” şirkəti direktorlar şurasının sədri Rüstəm Qataullin və
Özbəkistan vətəndaşı olan Abdunozim Ataboev də daxil olmaqla 5 nəfər saxlanıb.

Cümə axşamı Kazanda törədilmiş partlayışda müfti İldus Fayzov yaralanıb, onun keçmiş müavini Valiullah Yakubov isə öldürülüb.

İstintaq hesab edir ki, bu dini ifratçılığa qarşı mübarizə aparan dindarların peşə fəaliyyəti ilə bağlıdır.
XS
SM
MD
LG