Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:34

ABŞ-da 12 nəfəri öldürmüş Holmesin məhkəməsi olacaq


ABŞ-ın Denver şəhərində, Avrora kinoteatrında kütləvi qətl törətmiş 24 yaşl James Holmes ittiham irəli sürülmək üçün bu gün məhkəmə qarşısında dayanacaq.

İstintaqın məlumatyına görə, əleyhqazda olan Holms kino zalına daxil olaraq gözyaşardıcı qaz buraxıb, sonra isə tamaşaçılara atəş açmağa başlayıb.

Nəticədə 12 nəfər ölüb, 58 adam isə xəsarət alıb.

Hücumun motivi hələlik bəlli deyil.

Polis onun evində mürəkkəb sistem və çoxlu partlayıcı qurğulardan ibarət tələ aşkar edib.

Cümə günü yüzlərlə adam Avrora mərkəzində ölənlərin xatirəsini anıb.

Prezident Barack Obama ilə seçkilərdə onun rəqibi olacaq Mitt Romney istirahət günlərinə nəzərdə tutulmuş bütün təşviqar tədbirlərini təxirə salıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG